2023-2024-ci tədris ili üçün IX siniflərə qəbul elan edilir.
Müsabiqədə hazırda ümümtəhsil məktəblərinin, lisey və gimnaziyaların Azərbaycan və rus bölmələrinin 8-ci sinif şagirdləri iştirak edə bilərlər.
İmtahanda iştirak etmək üçün aşağıda göstərilən sənədlər liseyə təqdim olunmalıdır.
1.Müraciət anketi (Endirmək üçün: https://bit.ly/3Br0OWZ)
2.Şagirdin şəxsiyyət vəsiqəsinin surəti
3.Valideynlərin şəxsiyyət vəsiqələrinin surəti
4.Şagirdin son 4 ayda çəkilmiş 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkli
Sənədlərin qəbul vaxtı təyin olunduğu gündən həftə içi hər gün (İş günləri) 10:00-dan 13:00-a qədərdir.
Qəbul imtahanı yalnız 1 mərhələdən ibarət olacaq.
Qəbul imtahanı Azərbaycan və Rus bölmələrində 4 qrup üzrə təşkil olunacaq
Şagirdlərə hər bir qrup üzrə 120 sual təqdim olunacaq
İmtahan müddəti 3 saatdır
Ana dili Azərbaycan bölməsində Azərbaycan dili , Rus bölməsində isə Rus dilidir
İmtahan zamanı səhv yazılmış hər bir sual doğru cavablara təsir göstərir. 1 səhv cavab doğru cavabın ¼ hissəsini silir.
Sual kitabçası şagirdlərə verilmir
Cavab kağızını karandaşla və ya silinə bilən qələmlə kodlaşdırmaq qadağandır
Liseyə qəbul imtahanında bütün fənlər üzrə 8-ci sinfin tam proqramı da daxil olmaqla aşağı siniflərdə əldə olunan bilik və bacarıqlara dair suallar təqdim olunacaqdır
İmtahan sualları bütövlükdə 5 variantlı qapalı testlərdən ibarətdir