Liseyimizdə “Tanınmış şəxsiyyətlər” çərçivəsində tədbirlər davam edir. Bu gün görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Fikrət Əmirovun həyat və yaradıcılığına həsr olunmuş maarifləndirici tədbir keçirildi.
Tədbirdə liseyin 11r1 sinif şagirdi, lisey Şagird Parlamentinin sədri K.Axundov Fikrət Əmirovun həyat yolu, yaradıcılıq fəaliyyəti və Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, bəstəkarın yaratdığı simfonik muğamlar Azərbaycan musiqisinin dünyada tanıdılmasında mühüm rol oynamışdır.
Şagirdlər Fikrət Əmirovun “Şur”, “Kürd Ovşarı”, “Gülüstan-Bayatı-Şiraz” kimi tanınmış əsərləri ilə yaxından tanış oldular, onun musiqi üslubu və yaradıcılıq xüsusiyyətləri barədə müzakirələr apardılar. Tədbir zamanı bəstəkarın əsərlərindən musiqi nümunələri səsləndirildi.
Tədbirin sonunda liseyin məktəbdənkənar və sinifdənxaric tərbiyə işləri üzrə təşkilatçısı N.Axundova çıxış edərək ətraflı məlumatlara görə təşəkkürünü bildirdi. Belə tədbirlərin milli-mənəvi dəyərlərin təbliği və şagirdlərdə vətənpərvərlik hissinin formalaşdırılmasında böyük əhəmiyyət kəsb etdiyini vurğuladı.
Tanınmış şəxsiyyətlər: Muğamın simfonik nəfəsi - Fikrət Əmirov
21 Yanvar 2026





