30 yanvar 2026-cı ildə akademik Zərifə Əliyeva adına liseydə I yarımilin yekunlarına dair Pedaqoji Şura İclası keçirilib

30 Yanvar 2026

Akademik Zərifə Əliyeva adına liseydə keçirilən pedaqoji şura iclası tədris prosesində mühüm rol oynayır.
İclasda birinci yarımilin yekunları geniş şəkildə müzakirə olunub, şagirdlərimizin summativ qiymətləndirmə imtahanlarının nəticələri və 8-9-cu sinif şagirdlırimizin psixoloji test nəticələri təhlil edilib. Eyni zamanda, elektron jurnalın vəziyyəti və liseydə aparılan monitorinq yoxlamalarının nəticələri bir daha diqqətə çatdırılıb.

Şagirdlərimizin yerli və beynəlxalq olimpiadalarında qazandıqları uğurlar, müxtəlif mərhələlərdə əldə etdikləri nailiyyətlər də xüsusi vurğulanıb.

İclas, müəllim heyətinin fəaliyyətini qiymətləndirmək, həm də gələcəkdə tədris prosesini daha da təkmilləşdirmək üçün vacib görüş olub. II yarımildə bütün müəllim və şagirdlərimizə bol-bol uğurlar arzulayırıq.