Hüquqların və vəzifələrin

02 İyun 2022

  02.06.2022-ci ildə liseyin psixoloqu Rima Kərimova tərəfindən 9-cu siniflır arasında “Sənin hüquqların və vəzifələrin” mövzusunda anket-sorğu keçirmişdir.Sorğu nəticəsində uşaqların ailədə, məktəbdə, həyətdə  hüquq və  vəzifələri ilə əlaqədar nə dərəcədə məlumatlı olmaları müəyyənləşdirilmişdir. Bu sorğunun nəticəsi diskusiyanın aparılması üçün əsas olmuşdur. Uşaqların hüquq və vəzifələrini qoruyan  beynəlxalq sənəd adlandırılmış və onun haqqında müzakirələr aparılmışdır. Uşaqların həyatda təsadüf etdikləri hallar əsasında hüquqların pozulması zamanı hara və kimə müraciət edilməsi barədə söhbətlər aparılmışdır.