Şagirdlərimiz STEAM İnnovasiyalar Mərkəzində ekskursiyada olublar

07 Mart 2023

6 mart 2023-cü il tarixində liseyimizin bir qrup şagird və müəllim heyəti STEAM İnnovasiyalar Mərkəzində ekskursiyada olublar.
Şagirdlər mərkəzdə texnologiyanın son nailiyyətləri ilə tanış olublar, proseslərin iştirakçısına çevriliblər. Belə ki, onlar burada əyani şəkildə elmin müxtəlif sahələrinin inkişaf nümunələrini müşahidə edib, əyləncəli şəkildə komanda tərkibində çalışmağın xoş anlarını yaşayıblar.