“Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Fevral 2026

17.02.2026-ci il tarixində lisey şagirdləri ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirin əsas məqsədi gəncləri narkotik vasitələrin zərərli təsirləri barədə məlumatlandırmaq, sağlam həyat tərzinin əhəmiyyətini vurğulamaq və riskli davranışlardan qorunma yollarını izah etmək idi. Görüş zamanı çıxış edən lisey müəllimləri  narkotik asılılığının insanın fiziki və psixoloji sağlamlığına, ailə münasibətlərinə və cəmiyyətə mənfi təsirlərindən bəhs etdilər.
Şagirdlərə narkotik vasitələrdən uzaq durmaq, düzgün dost seçimi, vaxtın səmərəli təşkili və çətin vəziyyətlərdə “yox” demə bacarığının önəmi haqqında tövsiyələr verildi. İnteraktiv müzakirələr və sual-cavab sessiyası iştirakçıların mövzuya marağını artırdı, onların fikirlərini bölüşməsinə şərait yaratdı. Tədbirin sonunda gənclərin sağlam gələcəyinin qorunmasının hər birimizin ortaq məsuliyyəti olduğu vurğulandı.