Şagirdimiz Beynəlxalq İnformatika Olimpiadasından (IOI 2025) gümüş medal qazanıb

02 Avqust 2025

27 iyul – 3 avqust tarixlərində Boliviyanın paytaxtı Sukre şəhərində təşkil edilən məktəblilərin 37-ci Beynəlxalq İnformatika Olimpiadasında (IOI 2025) akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi Ayxan Dəmirli yüksək nəticə göstərərək gümüş medal qazanıb.
Olimpiadada Azərbaycan komandası ümumilikdə 1 gümüş, 2 bürünc medal və 1 həvəsləndirici mükafata layiq görülüb.Həmçinin, iki şagirdimiz dünya məktəbliləri arasında ilk yüzlükdə qərarlaşıb.
Dəfələrcə respublika və beynəlxalq informatika fənn olimpiadalarında ölkəmizi yüksək səviyyədə təmsil edərək yüksək nəticələr əldə edən liseyimizin şagirdi Ayxan Dəmirlini və eləcə də komandada olan digər məktəblilərimizi ürəkdən təbrik edir və onlara növbəti müsabiqələrdə də böyük nailiyyətlər arzulayırıq.