GÇH fənnindən açıq dərs

15 Aprel 2019

Akademik Zərifə Əliyeva adına liseyin 2018-2019-cu ilin tədris ilinin aprel ayı üçün təsdiq edilmiş tədbirlər planına əsasən 15.04.2019-cu il tarixində 10a4+ sinfində Çağrışa qədərki hazırlıq fənnindən “5.45 mm-lik Kalaşnikov avtomatının quruluşu,təyinatı və iş prinsipi ” mövzusunda açıq dərs keçirildi. Dərsdə  “Anlayışın çıxarılması ” üsulundan istifadə edildi. Hərbi rəhbər Qılman Eyvazov silah haqqında ümumi məlumat verdi. Dərs ”qruplarla iş” metodu ilə davam etdirildi.

      I-ci.manqa (qrup) Kalaşnikov avtomatının quruluşu, II-ci manqa (qrup) avtomatın texniki xüsusiyyətləri və təpməni, III-cü manqa (qrup) isə avtomatın təyinatını və iş prinsipini araşdırdı. Hər üç manqa verilən tapşırıqlara dərslikdən, internet resurslarından və paylama materiallarından istifadə edərək cavablar hazırladı.  I-ci manqa adından Hacıyeva Məryəm və Qəhramanlı Arif, II-ci manqadan Rəşidli Mahirə və Suleymanov Rəvan, III-cü manqa adından isə Məmmədova Aybəniz, Talıbova Ayla təqdimat etdilər. Qruplarla  iş zamanı bütün şagirdlərin fəal iştiraki ilə , təqdimetmə isə yüksək məharətlə həyata keçirildi. Qruplarla iş zamanı hərbi rəhbər qrupları istiqamətləndirir, nəyə diqqət yetirmək lazım olduğunu vurğulayır, dərsliklə və internet  resursları ilə düzgün işləmək istiqamətində göstərişlər verir, manqaların təqdimatları zamanı  əlavələr edirdi.

     Ümumiləşdirmə və nəticənin çıxarılması mərhələsində Kalaşnikov avtomatının fərdi silah olduğunu və düşmənin canlı qüvvəsini məhv etmək üçün nəzərdə tutulduğunu, quruluşca sadə, etibarlı, uzunömürlü və effektli olmasının üstün cəhətləri olmasını, TTX-ləri təpməni müəyyənləşdirmək üçün öyrənilməsi vacib olduğunu, tək-tək və avtomatik atəş açılmasını, hissə və mexanizmlərin avtomatik işi barıt qazlarının enerjisinə əsaslandığını müəyyənləşdirdik. Dünyada  ən geniş yayılmış odlu silah olduğunu, təpməsi atıcı üçün hiss olunmayacaq qədər az oluğunu və 2017-cilin yanvarından Vətənimizdə də istehsal olunduğunu da ğyrənmiş oluq.

      Yaradıcı tətbiqetmə mərhələsində paylama materiallarından istifadə edərək şagirdlərin bir qismi bu dərs (45 dəqiqə) ərzində dünyada Kalaşnikov avtomatından açılan atəş nəticəsində neçə nəfərin həyatını itirdiyini hesabladı. Digər qismi isə Xalq şairi Səməd Vurğunun “26-lar”  poemasından kiçik epizodlar yazdılar.    

      Yuxarıda sadalananların mətiqi davamı olaraq hər üç manqa IV dərəcə ilə qiymətləndirildi.

   Ev tapşırığı olaraq şagirdlərə Kalaşnikov avtomatının yaranmasını araşdırmaq tapşırıldı.