Böyük qayıdışın başlanğıcı adlı Hərbi bilik yarışmasının final mərhələsi keçirilib

05 Aprel 2024

05.04.2024-cü il tarixində Akademik Zərifə Əliyeva adına liseyin komandaları və Yasamal, Nəsimi rayonlarının ümumtəhsil məktəblərinin komandaları arasında Aprel döyüşlərinin ildönümünə həsr edilmiş “Böyük qayıdışın başlanğıcı” adlı Hərbi bilik yarışmasının final mərhələsi keçirildi. Yarışa Müdafiə Nazirliyinin Nümunəvi Hərbi Orkestrinin iştirakı xüsusi rəng qatdı. Aprel döyüşləri iştirakçısı, qazi, Müdafiə Nazirliyinin polkovniki Eldəniz Sadıqov çıxış edərək aprel döyüşləri haqqında geniş məlumat verdi və iştirakçılara uğurlar arzuladı. Orkestrin müşayiəti ilə iştirakçılar “Azərbaycan əsgəri” mahnısını ifa etdilər. 7 təlim nöqtəsində liseyin şagirdləri taktiki hazırlıq, atəş hazırlığı, hərbi topoqrafiya və dövlət rəmzləri üzrə praktik biliklərini nümayiş etdirdilər.

Daha sonra yarımfinal mərhələsində iştirak edən 20 komandadan final mərhələsinə vəsiqə qazanmış 5 komanda arasında yarış keçirildi. Gərgin mübarizə şəraitində keçən yarışda şagirdlərin cavablandırdığı suallar bütün tədris proqramını əhatə edirdi. “Kahoot” proqramı üzərindən keçrilən yarışda iştirakçıların nəticələri anında qiymətləndirildi. Qaliblər mükafatlandırıldı, xatirə şəkilləri çəkdirildi.