Nəsiminin 650 illiyi qeyd olundu

20 Dekabr 2019

19 dekabr 2019-cu il saat 19:00-da Heydər Əliyev adına Müasir Təhsil Kompleksində Akademik  Zərifə Əliyeva adına liseyin təşkil etdiyi Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubiley tədbiri keçirilmişdir.

       Tədbirdə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Mədəniyət Nazirliyi, Yasamal Rayon İcra Hakimiyyəti, AMEA, məktəb rəhbərləri və valideynləri iştirak etmişdilər. Sonda Azərbaycanın xalq artisti Rasim Balayev, Rafiq Əzimov, Fəlsəfə İnistitutunun direktoru İlham Məmmədov çıxış etdilər. İ.Nəsimiyə həsr olunmuş liseyin dram dərnəyinin rəhbəri Bəhruz Vaqifoğlunun liseyin şagirdləri ilə birgə təşkil etdiyi   “Mənəm” tamaşasını bütün qonaqlar yüksək qiymətləndirdilər.