Yeniyetmələrin sirləri

28 Mart 2024

Mart ayının 28-də  sağlam həyat tərzi, reproduktiv sağlamlıq sahəsində maarifləndirmə işinin aparılması məqsədi ilə məktəbin psixoloqu Şəhla Əliyeva, həkim Nahidə Ələkbərova və  tibb bacısı Bəyim İsmiyevanın iştirakı ilə  IX sinif şagirdləri  ilə “Yeniyetmələrin sirləri” mövzusunda məşğələ keçirilib. Məşğələdə şagirdlərə yetkinlik dövründə orqanizmində baş verən dəyişikliklər haqqında  məlumat verib.
Psixoloq şagirdlərə yeniyetməlik dövründə orqanizmdə baş verən dəyişikliklər zamanı psixoloji durumun tez-tez dəyişməsinin normal hal olduğunu söyləyib.
Məşğələnin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.