Bu gün liseydə Azərbaycanın köklü təhsil ocaqlarından biri olan ADNSU-nun rəsmi nümayəndə heyəti ilə şagirdlərin görüşü təşkil olunmuşdu. Görüşdə ADNSU-nun Təhsilalanlarla iş və tədbirlərin təşkili şöbəsinin müdiri Rəna Cəbrayılova, Məzunlarla İş və Karyera Mərkəzinin müdiri Şamil Əhmədov, İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin baş mütəxəssisi Elnur Hadıyev və Təhsilalanlarla iş şöbəsinin mütəxəssisi Aysel Abdullayeva iştirak etdilər.
Görüş zamanı şagirdlərə universitetdəki ixtisaslar, karyera imkanları və tələbə həyatı barədə ətraflı məlumat verilib, onların gələcək peşə seçimləri ilə bağlı sualları cavablandırılıb.






