İyunun 9-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Respublika Fənn Olimpiadalarının təbiət fənləri üzrə və iyunun 10-da ADA Universitetində Respublika Fənn Olimpiadalarının texniki fənlər üzrə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Liseyimizin 15 nəfər şagirdi bu mükafatlandırma mərasimlərində qaliblər sırasında yer alıb.
Onlardan fizika fənni üzrə:
- 9-cu sinif şagirdi Hüseyn Mirheydərov gümüş
- 11-ci sinif şagirdi Cavad Cavadzadə bürünc
- 10-cu sinif şagirdi Hüseyn Xəlilli bürünc
- 10-cu sinif şagirdi Əli Əliyev bürünc;
Biologiya fənni üzrə:
- 11-ci sinif şagirdi Mirhüseyn Ələsgərov bürünc
- 11-ci sinif şagirdi Uğur İsmayılov bürünc;
Riyaziyyat fənni üzrə:
- 9-cu sinif şagirdi Xaliq Cəfərli gümüş,
- 9-cu sinif şagirdi Mehri Qasımzadə gümüş,
- 9-cu sinif şagirdi Yusif Həsənzadə bürünc;
İnformatika fənni üzrə:
- 10-cu sinif şagirdi Fateh Əhmədzadə qızıl,
- 10-cu sinif şagirdi Rəsul Əsgərov gümüş,
- 9-cu sinif şagirdi Əli Bəşirli gümüş,
- 11-ci sinif şagirdi Ömər Pirverdi bürünc,
- 10-cu sinif şagirdi Məhərrəm Qurbanzadə bürünc,
- 9-cu sinif şagirdi Denis Tişakov bürünc medal əldə ediblər
Qeyd edək ki, şagirdlərimiz
- İnformatika fənni üzrə 6,
- Fizika fənni üzrə 4,
- Riyaziyyat fənni üzrə 3,
- Biologiya fənni üzrə isə 2 olmaqla ümumilikdə 15 medal əldə ediblər.
Sizi bu yüksək göstəricilərinizə görə ürəkdən təbrik edirik, əziz şagirdlər.








