Əlizadə Aynur Məmməd qızı

     2003-cü ildə Bakı Dövlət Universitetinin biologiya ixtisası üzrə magistratura şöbəsini bitirmişdir. 2007- ci ildən Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksində biologiya müəllimi vəzifəsində çalışmışdır. 2015 - ci ildə "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.
     2018-ci ildən Akademik Zərifə Əliyeva adına liseydə öz müəllimlik fəaliyyətini davam etdirmişdir. İşlədiyi dövrdə biologiya fənni üzrə Respublika Fənn Olimpiadalarında şagirdləri nailiyyətlər qazanmış və medallarla təltif olunmuşdur.
     DİM-in biologiya fənni üzrə ekspertidir. Liseydə Biologiya fənni üzrə metodbirləşmə sədridir.