Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ABŞ-da keçiriləcək sərgidə iştirak hüququ qazanıblar

18 Aprel 2015

Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri, “Sabahın alimləri” IV Respublika müsabiqəsində birinci yerə layiq görülmüş Nigar Sərdarlı və Mədət Sərdarlı mayda ABŞ-da keçiriləcək elm və mühəndislik sərgisində iştirak etmək hüququ qazanıblar.
Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, liseyin X sinif şagirdləri Leyla Ələkbərli və Vüsalə Süleymanova isə “Böyük şəhərlərin yaşıllaşdırılması ilə bağlı ekoloji model” adlı layihələri ilə Niderlandda keçiriləcək İNESPO olimpiadasının və Keniyada “GOLDEN KLİMAT” olimpiadasının final mərhələsinə dəvət alıblar.

 

 

Mənbə: http://m.azertag.az