Akademik Zərifə Əliyeva liseyin “2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsində uğur qazanan müəllimləri

18 Dekabr 2014

     Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “2013-2014-cü tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” müsabiqəsinin qaliblərinin mükafatlandırılması haqqında” sərəncam imzalayıb.
    Bu sərəncama əsasən liseyimizin üç müəllimi, ingilis dili müəllimləri Aslanova Gülxas, Şamilova Xanım və tarix müəllimi  Rizayev Rüfət müsabiqədə hər üç mərhələdən uğurla keçərək qalib olmuşlar. 
   Bu münasibətlə liseyimizin kollektivi adından müəllimlərimizi təbrik edir və uğurlarının davamlı olmasını diləyirik.