Azərbaycan Diplomatik Akademiyasına ekskursiya

10 Fevral 2014

10 fevral 2014-cü il tarixində liseyimizin şagird kollektivi ADA Universitetinin təşkil etdiyi tanışlıq ekskursiyasında oldular. Universitet binası göz oxşayırdı. Orada liseyin şagird heyətini Abituriyent mərkəzinin rəhbəri Firuzə xanım qarşıladı. Daha sonra isə şagirdlər konfrans zalına aparıldı. Universitet barədə ətraflı məlumat aldılar və yeniliklərdən xəbərdar oldular. Şagirdlərə Universitetin müəllimləri, tələbələri və xarici ölkələrlə əlaqələri haqqında təqdimatlar nümayiş etdirildi. Daha sonra şagirdlər xəyallarında olan Universiteti kiçik bir oyun vasitəsilə canlandırmağa çalışdılar. Qruplara bölünərək təqdimatlar hazırlayıb müxtəlif dillərdə təqdim etdilər. Universitetin nümayəndələri tərəfindən təqdimat gözəl qarşılandı. Daha sonra şagirdlər əyani olaraq Universitetlə tanış oldular. Əvvəlcə şagirdlər dərs keçirilən otaqlardan birində oldular. Daha sonra rəsm və musiqi otaqlarında oldular. Otaqları gəzdikcə şagirdlərin heyrətləri artırdı və hər biri bu Universitetin tələbəsi olmaq arzusundadılar.