Buraxılış imtahanının nəticələrinə görə birinciyik!

06 Noyabr 2013

Bakı məktəblərinin 2012-2013-cü tədris ili üzrə buraxılış imtahanının nəticələrinə görə birinciyik!

Azərbaycan Respublikasının Təhsil Nazirliyində 2012-2013-cü dərs ilində Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən IX siniflər üzrə keçirilmiş buraxılış imtahanının nəticələri əsasında müvafiq tədqiqat aparılmışdır.

Tədqiqat Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini (ümumi təhsil məktəblərinin nəzdindəki qiyabi qruplar nəzərə alınmayıb), Təhsil Nazirliyinə tabe məktəbləri və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəbləri əhatə etmişdir. 336 məktəb haqqında toplanılmış məlumat əsasında tədqiqatın hesabatı hazırlanmışdır.

Aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq, Təhsil Nazirliyi  Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin reytinq siyahısını hazırlamışdır. Hazırlanmış reytinq siyahısında Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2012-2013-cü və 2011-2012-ci dərs ili üzrə nəticələrinin müqayisəli təhlili də öz əksini tapmışdır.

Liseyimiz bu nəticələrə görə birinci olmuşdur. Bu qələbəni şagirdlərimiz sevinclə qəbul etdilər və söz verdilər ki, bu birinciliyi qoruyub saxlayacaqlar!

Bakı məktəblərinin 2012-2013-cü tədris ili üzrə buraxılış imtahanının nəticələrinə görə reytinq göstəriciləri

2013-cü ildə TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında Bakı şəhəri məktəblərinin 9-cu sinif məzunlarının göstərdiyi nəticələrə dair Təhsil Nazirliyinin Hesabatı