Dahi rus şairi M. Lermontovun 200 illik yubileyi münasibətilə təşkil olunmuş müsabiqə qaliblərinin mükafatlandırılması

26 Yanvar 2015

 Yanvarın 26-da Təhsil Nazirliyində ümumtəhsil məktəblərinin şagirdləri arasında dahi rus şairi Mixail Lermontovun 200 illik yubileyi münasibətilə təşkil olunmuş müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Ümumtəhsil məktəblərinin VII-XI sinif şagirdləri arasında keçirilən müsabiqədə məktəblilər bədii qiraət, teatrlaşdırılmış səhnəciklər və rəsm nominasiyaları üzrə iştirak ediblər. Tədbirdə hər nominasiya üzrə I, II və III yerin sahiblərinə Təhsil Nazirliyinin diplomu təqdim olunub.Qalibləri Təhsil Nazirliyinin Məktəbdənkənar fəaliyyətin təşkili şöbəsinin müdir əvəzi Vasif Məmmədov təbrik edərək müsabiqənin məqsədinin XIX əsrdə yaşamış dahi rus şairi və dramaturqu Mixail Lermontovun zəngin həyat və fəaliyyətini gənc nəslə daha yaxından tanıtmaq, onun irsinə maraq oyatmaqdan ibarət olduğunu bildirib.

Qeyd edək ki, müsabiqənin ümumi nəticəsinə görə Akademik Zərifə Əliyeva adına liseyin XI sinif şagirdi N. Şıxəliyeva "İfadəli oxu" nominasiyasında birinci, IX-XI sinif şagirdləri "Teatrlaşdırılmış səhnəcik" nominasiyasında ikinci yerə layiq görülərək mükafatlandırılanlar siyahısında yer almışlar.