Gənc mühəndislər

04 Noyabr 2014

  BP məktəb səviyyəsində mühəndislik ixtisaslarını inkişaf etdirmək üçün yeni təşəbbüsü həyata keçirmişdir.Bu təşəbbüs Bakının seçilmiş orta məktəblərindən 200-ə yaxın şagirdi bir araya gətirmişdir. Bunlar, ilkin ərizələrin və namizədlərin ciddi yoxlanması nəticəsində seçilmiş yüksək potensiala malik və texniki fənlərə maraq göstərən 8-10-cu sinif şagirdləridir.Qeyd edək ki, bu layihədə Akademik Zərifə Əliyeva adına liseyi 8-ci sinif şagirdi Rahid Əliyev təmsil etmişdir və ümumi iştirakda fərqləndiyinə görə sertifikatla təltif edilmişdir.