Liseyimizdə Breyn Rinq yarışması keçirilmişdir

03 Noyabr 2017

  03  noyabr  2017-ci il tarixində liseyimizdə “Rus dilinin səfirləri” layihəsi çərçivəsində Rusiyadan gəlmiş qonaqlar tərəfindən hazırlanmış Breyn Rinq keçirildi. 

  Bu yarışmada liseyin 10-cu sinif şagirdləri iştirak edirdilər. Bilik yarşması rus ədəbiyyatı, mədəniyyəti, Rusiyanın tarixi ilə bağlı olmasına baxmayaraq, şagirdlərimizin yüksək səviyyədə hazırlığı qonaqları valeh etmişdi. 

  Bilik yarışmasının qalibi 10r4 sinfi oldu. Digər qalib yerləri 10r1 və 10r2 sinifləri öz aralarında bölüşdürdülər. 

  Qalibləri təbrik edirik və bundan sonrakı bilik yarışlarında şagirdlərimizə uğurlar arzulayırıq!