Respublika informatika fənn olimpiadasının final mərhələsi keçirildi

19 Aprel 2015

Aprel ayının 19-da Akademik Zərifə Əliyeva adına liseydə Respublika İnformatika  fənn olimpiadasının final mərhələsi keçirildi. Ölkəmizin müxtəlif bölgələrindən gələn olimpiada iştirakçıları liseyin İKT zalında onlar üçün hazırlanmış tapşırıqları proqramlaşdıraraq onlayn şəkildə nəticələrini öyrəndilər. Qeyd edək ki, valideynlər və nəticələrlə maraqlananlar üçün internet üzərindən izləmə imkanı yaradılmışdır.