"Sabahın alimləri" Respublika Müsabiqəsində şagirdlərimizin uğurlu təqdimatları

13 Fevral 2015

"Sabahın alimləri" Respublika Müsabiqəsi hər il ABŞ-da keçirilən USA İSEF- Beynəlxalq Elm və Mühəndislik Sərgisinə milli seçim turudur.

"Sabahın alimləri" IV Respublika Müsabiqəsi 12-14 fevral aralığında baş tutdu.
Açılış mərasimi 12 fevral 2015-ci il tarixində Heydər Əliyev Mərkəzində oldu. 13 fevral tarixində layihələrin münsiflər heyəti tərəfindən qiymətləndirilməsi, müsabiqə iştirakçılarının muzey, sərgi zalları ilə tanışlığı və alimlərlə görüşü baş tutdu. 
Qeyd edək ki, Akademik Zərifə Əliyeva adına lisey bu müsabiqədə 15 layihə ilə təmsil olunur.