Sabahın alimləri Respublika turu

08 Fevral 2013

 “Sabahın alimləri” II Respublika müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirildi. Mükafatlandırılanlar arasında liseyimizin şagirdlərindən Baxşiyev Suad və Əliyev Elnur qızıl medala, Miriyev Tahir, Əkbərov Cahar və Quliyev Əbdül isə bürünc medala layiq görüldülər. 
Mükafatlandırma mərasimindən sonra münsiflər heyəti tərəfindən qaliblər arasından 5 şagird cari ilin may ayında ABŞ-ın Arizona ştatının Finiks şəhərində keçiriləcək İntel İSEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün seçildi.
Böyük fəxr hissi ilə qeyd etmək istərdik ki, liseyimizin qızıl medala layiq görülmüş şagirdləri Baxşıyev Suad və Əliyev Elnur da ABŞ-a gedəcək iştirakçılar arasındadır. 
Sizin növbəti qələbənizi gözləyirik!