STEAM olimpiadasında şagirdləri fərqlənən müəllimlər qiymətləndirildi

12 Aprel 2022

Dekabrın 9-10-da Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin dəstəyi ilə “STEAM Azərbaycan” layihəsi çərçivəsində təşkil edilən STEAM Azərbaycan Festivalında iştirak edərək fərqlənən komanda rəhbərləri lisey tərəfindən təşəkkürnaməyə layiq görülüblər.
Qeyd edək ki, ümumilikdə 518 iştirakçının qatıldığı bu olimpiadada 11 şagirdimiz mükafatçılar arasında yer almışlar. Onlardan 4-ü qızıl, 4-ü gümüş, 2-i isə bürünc medala sahib çıxmışlar.
Hər bir şagirdimizi və müəllimlərimizi təbrik edir, növbəti yarışlarda da bol-bol uğurlar arzu edirik.