"Studyprog Open School Programming Contest 2015-2016" müsabiqəsində şagirdlərimiz uğurla iştirak etdi

01 Fevral 2016

20 dekabr 2015-ci il tarixində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında "Studyprog Open School Programming Contest 2015-2016" adlı məktəblilər arasında proqramlaşdırma müsabiqəsi keçirildi. Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri də bu müsabiqədə iştirak edərək, uğur qazanmışdırlar.