Çağrışaqədərki hazırlıq fənnindən “Kalaşnikov avtomatı” mövzusundə açıq dərs keçirilib

16 Dekabr 2022

16.12.2022-ci il tarixdə liseyimizdə 2022-2023- cü tədris ili üçün çağırışaqədərki hazırıq fənni üzrə prespetiv (illik) plana əsasən “Kalaşnikov avtomatı” mövzusundə 10A1 sinfində açıq dərs keçirildi. Dərsdə Liseyimizin direktoru Fərqanə İsayeva, təlim-tərbiyə işləri üzrə direktor müavini Samirə Məsimova, Təşkilati işlər üzrə direktor müavini Nigar Axundova, İKT üzrə direktor müavini Zəka İbrahimov, Təlimə Dəstək Mərkəzinin direktor müavini Zaur Balaqadaşov, Təlimə Dəstək Mərkəzinin metodisti Xəzər Əkbərli və Yasamal, Səbail, Qaradağ rayonlarının ümumtəhsil məktəblərinin hərbi rəhbərləri iştirak etdilər.

 Osmanlı Gülnaz Mehmet Akif  Ersoyun “İstiqlal marşı”ndan bu bəndi səsləndirdi:
Bastığın yerlərə “torpaq” deyərək keçmə, tanı:
Düşün altında minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə, yazıqdır atanı:
Vermə, dünyaları alsan da, bu cənnət vətəni.

Kim bu cənnət vətənin uğruna olmaz ki fəda?

Şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edildi.

Xədicə Mənsimova Mehmet Akif  Ersoyun “İstiqlal marşı”ndan
Dalğalan sən də şəfəqlər kimi, ey şanlı hilal!
Olsun artıq tökülən qanlarımın hamısı halal!
Əbədiyyən sənə yoxdur, xalqıma yoxdur izmehlak!
Haqqıdır hür yaşamış bayrağımın hürriyyət,
Haqqıdır Haqqa tapan millətimin istiqlal!

şerindən bir bənd səsləndirildi. Sonra dərsin mövzusu və təlimin nəticələri elan olundu. Rəhimov İbrahimxəlil və hüseynli Ağanın “avtomat haqqında maraqlı məlumatlar” mövzusunda hazırladıqları təqdimat dinlənildi. Bütün koteqoruiyalardan olan insanlar arasında Kalaşnikov avtomatının çox populyar olduğu diqqəti çəkdi.

Tədqiqat sualı da “Kalaşnikov avtomatı niyə bu qədər populyardır?” çıxarıldı. Tədqiqat qruplarda aparıldı. Qruplara iş vərəqləri və paylama materialları paylandı.

I qrup: Yaranma tarixi və növləri ;
II qrup: Təyinatı, istifadə olunan patronlar;
III qrup: Ümumi quruluşu;  
IV qrup: Döyüş xüsusiyyətləri. Təpmə;  
V qrup: Hissə və mexanizmlərinin iş prinsipi haqqında məlumat hazırladı;

Qruplar hazırladıqları materialları təqdim etdiər.
Material ümumiləşdirildi və nəticə olaraq “Kalaşnikov avtomatı niyə bu qədər populyardır?” sualı ətraflı cavablandırıldı.

İl ərzində dünyada bu “populyar avtomat”dan açılan atəşlə 250 000 insanın həyatını itirdiyini şagirdlərin nəzərinə çatdırdım. 45 dəqiqi ərzində dünyada bu “populyar avtomat”dan açılan atəşlə neçə nəfərin həyatını hesablamalrını istədim. İbrahimxəlil və Ağa Səməd Vurğunun “26-lar” poemasının kiçik bir hissəsini oxudular.
Tədqiqat apararkən qrupların əməkdaşlığı, hazırladıqları materialın tamlığı, təqdimetmələri və vaxta riayət etmələri yüksək səviyyədə idi.
Şagirdlər IV səviyyə ilə qiymətləndirildilər.
Mixail Kalaşnikovun ölümündən az əvvəl Potriarxa yazdığı peşmançılıq məktubunu oxumağı ev tapşırığı olaraq verildi.