Coğrafiyadan nümunəvi dərs

31 Oktyabr 2019

31 oktyabr 2019 cu il tarixdə liseyin 9a2 sinfində Mustafazadə Anar müəllimin Coğrafiya fənnindən "Günəşli saatlardan istifadə" mövzusunda nümunəvi interaktiv dərsi təşkil olunmuşdur. Standart dərs modelində qurulan bu dərsdə 1.2.1. standartı müəyyən olunmuş bacarıqlar fonunda reallaşdırıldı. Dərsdə Günəş şüalarının insanların sağlamlığına, kənd təsərrüfatının inkişafına və sənayenin inkişafına təsirləri qruplar daxilində araşdırılaraq təqdim olundu. Sonda dərs iştirak edən müəllimlərin müzakirəsi əsasında təhlil edildi.