İngilis dilindən nümunəvi dərs

14 Noyabr 2019

14 noyabr 2019-cu il tarixdə liseyin İngilis dili müəllimi Xanım Şamilovanın "Həyat çox qısadır" (Life is too short) mövzusunda interaktiv dərs modeli təşkil edildi. Dərs zamanı mövzu ilə bağlı maraqlı videoçarxlar təqdim olundu və şagirdlər qruplar daxilində yerinə yetirdikləri tapşırığı digər iştirakçılarla bölüşdülər. Sonda iştirakçı müəllimlərin müzakirəsi ilə dərs təhlil olundu.