"Molla Pənah Vaqifin həyatı və heca vəznli şeirlərində el gözəllərinin, məhəbbətin tərənnümü" başlıqlı mövzuda açıq dərs keçirildi

19 Fevral 2016

19 fevral 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Bağırova Günelin dərs dediyi 10A3 sinfinin şagirdləri ilə birgə "Molla Pənah Vaqifin həyatı və heca vəznli şeirlərində el gözəllərinin, məhəbbətin tərənnümü" başlıqlı mövzuda açıq dərsi baş tutdu.  
Açıq dərs ənənəvi yox, məhz fəal təlimə əsaslanan sistemdə qurulmuşdu.  
Nümunə dərsin üç əsas məqsədi var idi. 
1. Şagirdlərdə tədqiqatçılığı (şagird sərbəst araşdırma aparır) və təqdimetmənin səviyyəsini yoxlamaq. ( nitqin aydınlığı, tənqidi təfəkkür, məntiqi düşüncə və nəticəyə gələ bilmək bacarıqları) 
2. Yeni innovativ-inteqrativ üsulları tətbiq edərək nəticəni yoxlamaq. Qeyd edək ki, ilk dəfə olaraq dərsdə "Asan xidmət" və "Şəxsiyyət vəsiqəsi", "Nekroloq" kimi yeni usullardan istifadə etdilər.  
3. Şagirdlərə gələcəyə inam aşılamaq və nikbin baxışlarla sabaha doğru addımlamalarına dəstək olmaq. (Şagirdlər öz rəsm işləri ilə qaranlıqdan ümidə doğru addımlayaraq özləri öz günəşlərini yaradırlar.) Nəticə olaraq müəllim qoyduğu hər üç məqsədə çata bilir.  
1. Şagirdlər Molla Pənah Vaqifin həyatı və yaradıcılığı haqqında tədqiqat apara bildilər və uğurlu təqdimat etdilər.  
2. Yeni üsullar vasitəsilə şagirdlər müasir Azərbaycanımızda yaradılan "Asan xidmət" in nə dərəcədə əhəmiyyətli olduğunu, eyni zamanda şəxsiyyət vəsiqəsi, nekroloqun necə hazırlanma qaydalarını öyrəndilər.  
3. Dərslərdən yaranan yorğunluğu, stress və s.kimi neqativ halları özlərinin dağıda biləcəklərini öyrəndilər.  Ən əsası isə Molla Pənah Vaqifin ( şagirdin ifasında) ölümə doğru atdığı hər addımda şagirdlər iki-iki ayağa qalxaraq dahi şairi ehtiramla yola saldılar. Bu isə şagirdlərdə şeirə,sənətə və onu yaradan şair,yazıçılara necə münasibət bəsləməli olduqlarını öyrətdi.  Dərsin sonunda isə İbrahimxəlil xan Cavanşirin Molla Pənah Vaqifdən sonra vəziri olmuş Mirzə Camal Cavanşirin yadılcası olan 10a2 sinif şagirdi Kamran Vəzirov müəllim tərəfindən şagirdlərə təqdim edildi və Cavanşirlər nəslinin davamçısını hamı ürəklə salamladı.  
Açıq dərs nikbin bir şəkildə yekunlaşdı.