Riyaziyyat fənnindən "Piramida" mövzusunda açıq dərs keçirildi

19 Aprel 2016

                                                                         Allah kainatı riyaziyyat dilində yaratmışdır.                                                                                                                                                                                                                                                                                                          Qaliley  

Bir riyaziyyatçı güman etməz, sadəcə bilər. İnandırmağa çalışmaz, çünki isbat edər.  19 aprel 2016-cı il tarixində Akademik Zərifə Əliyeva adına liseyin riyaziyyat müəllimi Laçınova Aynurun "Piramida" mövzusu ilə bağlı açıq dərsi baş tutdu.  
Müəllimin məsələlərə yaradıcı yanaşması, dərsin fəal-innovativ təlimin bütün meyarlarına cavab verən şəkildə təşkili, piramida ilə bağlı yüksək keyfiyyətli slaydların hazırlanması, müəllim-şagird münasibətinin düzgün qurulması, şagirdlərin fəallığı və ən əsası verilən tapşırıqların öhdəsindən uğurla gəlmələri tanınmış simalardan birinin məşhur kəlamını dinləyicilərə xatırlatdı:" Bir riyaziyyat problemini həll edərkən insanın özünü belə unutmasından böyük xoşbəxtlik yoxdur".  
Onu da qeyd etmək istərdik ki, müəllim riyaziyyatla son günlərdə baş verən tarixi hadisələrin ( Qarabağ məsələləri) mükəmməl əlaqəsini yaratmışdı.  Bu dərs bir daha sübut etdi ki, yüksəkliyi sevgi olan dağın zirvəsi bilik olar.