Zəfərə aparan yol

04 Noyabr 2021

   Akademik Zərifə Əliyeva adına liseyin 10 a1 sinfində fizika müəllimi  Hədiyyə Qənbərovanın hazırladığı “Zəfərə aparan yol” adllı dərs keçirilmişdir.
  Dərsin əvvəlində  Azərbaycan xalqının tarix boyu şanlı qürur mənbəyi olaraq qalacaq 44 günlük qəhrəmanlıq savaşında canını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
  Şagirdlər tərəfindən hazırlanmış  “Zəfərə aparan yol” adlı təqdimatda  müzəffər ordumuzun 44 günlük müharibədə istifadə etdiyi silah-sursat və hərbi texnikanın texniki göstəricilərini araşdırmış, bu silahların ərsəyə gəlməsində fizika elminin rolunu öyrənmişlər. Həmçinin uşaqlar əsgərlərin hərbi əməliyyətları yerinə yetirərkən hansı fiziki qanunlara əməl etdiklərini araşdırmış və bu qanunauyğunluqlardan istifadə edərək müxtəlif məsələlər tərtib etmişlər.
  Sonra  şagirdlərin hazırladığı,  silahların döyüş meydanında istifadəsini əks etdirən videoçarx nümayiş etdirildi.
  Dərsin sonunda Azərbaycan xalqının şəhidlərimizin xatirəsi hörmət və ehtiramla  bir daha yad edlmişdir.