21 Fevral Beynəlxalq Ana dili Gününə həsr olunmuş tədbir keçirilib

21 Fevral 2023

Bu gün liseydə 21 Fevral Beynəlxalq Ana dili Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə  iştirak edən liseyin şagirdləri Azərbaycan dilinin gözəlliyini, zərifliyini tərənnüm edən şeirlər söyləyiblər, onun qorunmasının vacibliyini vurğulayıblar. Dilimizin əsrlərin sınağından çıxaraq bu günümüzə qədər keçdiyi tarixi yola nəzər salınıb. Müxtəlif dövrlərdə yazıb-yaratmış ədiblərin dilimiz haqqında söylədiyi fikirləri səsləndirilib.