Azərbaycanda ilk parlamentin yaranmasından 104 il keçir

07 Dekabr 2022

Bu gün liseydə Azərbaycan Xalq Cumhuriyyəti Parlamentinin yaranması münasibətilə tədbir keçirildi. Tədbirin aparıcıları liseyin 10r2 sinif şagirdləri Y. Məmmədli və Z.Ağakişi Parlamentin yarandığı tarixi şəraitdən, parlamentin qurucularından söhbət açdılar. Daha sonra liseyin tarix müəllimləri R. Rizayev və P. Ağalarov parlamentin fəaliyyəti ilə bağlı maraqlı faktları şagirdlərlə bölüşdülər.