“Dilimizi sevək, sevdirək” adlı bilik yarışması keçirilib

20 Fevral 2023

21 Fevral Beynəlxalq Ana dili Günü münasibətilə liseydə “Dilimizi sevək, sevdirək” adlı bilik yarışması keçirilib. Liseyin 9-cu sinif şagirdləri arasında təşkil olunmuş bilik yarışmasında həm Azərbaycan, həm də rus bölməsinin şagirdlərindən ibarət 5 komanda ana dili haqqında müxtəlif mövzularda biliklərini nümayiş etdiriblər.

Bilik yarışında Hilal komandası I, Xarıbülbül komandası II, Təbriz komandası III yeri qazanıb.