Dövlət Müstəqillik Günü

18 Oktyabr 2019

                      Müstəqilliyimiz əbədidir

    18 oktyabr 2019-cu il tarixində Akademik Zərifə Əliyeva adına liseydə “18 Oktyabr- Dövlət  Müstəqillik Günü"nə həsr olunmuş toplantı keçirildi. Toplantıda çıxış edən liseyin direktoru Mehriban Vəliyeva  müəllim kollektivini və şagirdləri  təbrik edərək  qeyd etdi ki, müstəqilliyi qoruyub  saxlamaq onu qazanmaqdan qat-qat çətindir.  Bu çətin və şərəfli  yolda liseyin şagirdlərinə böyük ümidlər bəslədiyini söylədi. Onları sınaqlara hazır olmağa, hər bir əziyyətə və çətinliyə dözməyə  çağırdı.

   Sonra liseyin tarix müəllimi Pərviz Ağalarov toplantı iştirakçılarına 1918-ci ildə Şərqdə yaradılmış ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətindən danışdı. Bildirdi ki, Cümhuriyyət 23 aydan sonra süqut etsə də, xalqımız öz müstəqilliyini 1991-ci il oktyabrın 18-də yenidən qazandı. Müstəqilliyimizin ilk illərində onun itirilməsi təhlükəsi yarananda ulu öndər Heydər Əliyevin həyata keçirdiyi böyük xilaskarlıq missiyasını xüsusilə qeyd etdi. Bu illərdə Azərbaycan Respublikasının dünya birliyinin müstəqil ölkələri sırasında layiqli yerini tutduğunu və hazırda tarixin ağır sınaqlarından çıxan respublikamızın özünəməxsus inkişaf yolu ilə inamla irəlilədiyini vurğuladı. 

   Daha sonra liseyin Şagird Parlamentinin təşəbbüsü ilə siniflərdə müstəqilliyimizin keçdiyi tarixi yolu əks etdirən kiçik videoçarx nümayiş etdirildi.