“Dünyanı əməllərimizlə nurlandıraq” adlı xeyriyyə aksiyasında 14 min 205 manat toplandı

30 Aprel 2022

Xəbər verdiyimiz kimi, 28 Apreldə Akademik Zərifə Əliyeva adına liseydə görkəmli oftalmoloq-alim, əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş ənənəvi “Dünyanı əməllərimizlə nurlandıraq” xeyriyyə aksiyası keçirilmişdir.

Zərifə xanımın xeyirli əməllərinin davamçısı kimi liseyin müəllim, şagird və valideyn kollektivinin iştirakı ilə imunyetməzlik tipi olan “Xroniki granulomatoz”  xəstəliyindən əzab çəkən 2 yaşlı Yusifin sağlamlığına qovuşmasına yardım məqsədi ilə keçirilən bu aksiyada toplanan vəsait 14205 manat (on dörd min iki yüz beş manat) olmuşdur. 

29 aprel tarixində toplanan yekun məbləğ Yusifin ailəsinə təhvil verilmişdir.

Xeyriyyə aksiyamızda iştirak edən Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Təravət xanım Muradovaya, məktəb direktorlarına, şagirdlərimizə və eləcə də bir neçə məktəbdən olan müəllim və şagird kollektivinə, şagirdlərimizin valideynlərinə, məzunlarımıza, lisey kollektivinə, digər iştirak edən qonaqlarımızın hər birinə dərin təşəkkürümüzü bildirir, Yusifə isə tezliklə sağlamlığına qovuşmasını diləyirik.