Əbədiləşən ömür yolu

10 Dekabr 2021

10 dekabr 2021-ci il tarixində liseydə tarix müəllimi Aytən Tahirlinin təşkilatçılığı ilə ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə çıxış edərək Aytən xanım  ümummilli  liderin həyatı və fəaliyyəti haqqında geniş məlumat vermiş, müasir müstəqil Azərbaycan yaşadıqca ulu öndər Heydər Əliyevin də ürəklərdə daim yaşayacağını qeyd etmişdir.  Tədbirdə şagirdlər tərərfindən hazırlanmış videoçarx nümayiş etdirilmiş, şagirdlərin təqdimatları dinlənilmişdir.