"Həmrəylik günü” nə həsr olunmuş siniflərarası estafet yarışları başa çatdı

30 Dekabr 2021

Liseyimizdə “Dünya Azərbaycanlılarının Həmrəyliyi günü” nə həsr olunmuş siniflərarası estafet yarışları başa çatdı. Hər il ənənəvi olaraq təşkil edilən bu yarışlar 29-30.12.2020-ci tarixlərində keçirildi.

Yarışlarda 9, 10 və 11-ci siniflər olmaqla ümumilikdə 25 sinif iştirak etdi. Yarışın birinci günündə yarmfinala çıxan siniflər müəyyən edildi. 30.12.2020-ci tarixində isə yarımfinal və final yarışları keçirildi. Gərgin keçən mübarizədə 9-cu siniflər arasında 9r5, 10-cu siniflər arasında 10r2 və 11-ci siniflər arasında 11r4 sinfi finala çıxdılar.

Maraqlı, həyacanlı və başa-baş mübarizə əzmində keçən final yarışında 11r4 sinfi 2021-ci il yarışının qalibi oldu. Qalib komandaya kubok təqdim edildi.

Yarışların keçirilməsində əziyyəti olan liseyimizin bütün müəllim və işçilərinə dərin təşəkkürümüzü bildiririk.