Hər addım iziniz Vətəndir

27 Sentyabr 2022

Bu gün liseydə  Anım Günü keçirilmişdir. Şagirdlər liseyin 2012-ci il məzunu şəhid Namiq Quliyevin xatirə lövhəsinin qarşısına gül dəstələri düzərək onun xatirəsini yad etdilər.

       Daha sonra liseyin Hərbi rəhbəri Qılman Eyvazovun təşkilatçılığı ilə “Hər addım iziniz Vətəndir” adlı tədbir keçirildi. Tədbirdə Yasamal rayon Veteranlar Şurasının sədri  ehtiyatda olan polkovnik Bəhrəm Şeydayev, Səfərbərlik və Hərbi Xidmətə Şağırış üzrə Dövlət Xidmətinin Çağıtışaqədərki Hazırlıq İdarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov, qələbəmizin memarları, düşmənin qorxulu “röyası” olan xüsusi təyinatlılarımız:  polkovnik- leytenant Yaşar Bağırov və baş leytenant Zaur Muradov iştirak edirdilər.

   Tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi, onların qəhrəmanlıqlarından, vətənə sevgisindən danışıldı. Tədbir iştirakçılarına Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış məzunumuz Namiq Quliyev haqqında hazırlanmış videoçarx, müharibə iştirakçıları olan məzunlarımız haqqında təqdimatlar nümayiş etdirildi. Qonaqlarımız tədbir iştirakçılarına müharibədə keçdikləri döyüş yolundan söhbət açdılar, şagirdləri maraqlandıran sualları cavablandırdılar. Sonda xatirə şəkli çəkildi.