Hünər göstər, zəfər qazan!

03 Noyabr 2021

  03 noyabr 2021-ci il tarixində   liseydə “Hünər göstər, zəfər qazan” adlı hərbi idman bayramı təşkil olunmuşdu. Zəfər Gününə həsr olunmuş bu tədbirdə liseyin müəllim və şagirdləri ilə yanaşı Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət xanım Muradova və qalib ordunun qazisi Bəkir Əsgərzadə iştirak edirdi.

  Liseyin HR-i  E. Qılmanovun  təşkil etdiyi tədbirdə iştirak edən  liseyin şagirdləri əsgərin döyüşdə hərəkətləri, manqanın quruluşu və döyüş imkanı, avtomatların natamam sökülüməsi və yığılması, müxtəlif növ yaralanmalar zamanı ilk tibbi  yardım mövzuları üzrə dərin praktiki biliklər nümayiş etdirdilər.

  Manqa komandiri Yunis Fatimə dərinlikdən irəliləyərkən mina sahəsinə yaxınlaşdıqlarını “Bəkir keçidi” komandasını verərək  manqasını xəbərdar etdi. Qəhrəman qazimizin yarasından axan qanın cığırı, tarixi zəfərə aparan qanlı və müqəddəs yolun cığırı ilə sahəni dəf etdi.

  Bəli, məhz biz həmin qanlı cığırlarla Bəkirlərin qopmuş ayaqları ilə yürüdük. Yürüdük ki, tənədən qurtarıb qalib olaq.

https://www.youtube.com/watch?v=3lJEExgAAMA