Liseyimizdə “Biomimetika elminin son nailiyyətləri” adlı seminar keçirildi

11 Dekabr 2017

  11.12.2017 tarixində liseyimizdə Təranə xanım İsmayılovanın rəhbərliyi ilə “Biomimetika elminin son nailiyyətləri” adlı seminar keçirildi. Liseyin 10a4 və 11a4 siniflərinin iştirakı ilə keçirilən tədbirdə Təbiət Elmləri İctimai Birliyinin sədr müavinləri Toğrul İbrahimov və Savalan Məmmədli liseyimizin qonağı oldular. Öz məruzəsi ilə tədbiri açan Təranə xanım Biomimetika elmi haqqında şagirdlərə maraqlı məlumatlar verdi. Daha sonra qonaqlara öz məruzələri ilə tədbiri davam etdirdilər, slaydlar, maketlər vasitəsi ilə mözvu barədə fikirlərini bölüşdülər. Öz növbəsində şagirdlər qonaqlara biomimetika elmi barəsində maraqlı suallar verdilər. Daha sonra liseyin direktoru Mehriban xanım çıxış edərək tədbir barəsində öz fikirlərini bölüşdü və həm Təranə xanıma, həm də qonaqlarımıza öz təşəkkürünü bildirdi. Sonda şagirdlərə qonaqlar tərəfindən kitablar hədiyyə olundu və xatirə şəkli çəkildi.