Liseyimizdə "Sevirsənsə idmanı, gətir ata-ananı" adlı yarışma təşkil edilib

14 May 2022

Liseydə 14 May  “Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Sevirsənsə idmanı, gətir ata-ananı” adlı ailəvi idaman yarışı keçirilmişdir. Yarışda liseyin 9a3 sinif şagirdi Aynur Fərzəliyevanın, 9r2 sinif şagirdi Tamerlan  Orucovun, 9a1 sinif şagirdi Cəmilə Məcidovanın,  10a1 sinif şagirdi Fərid Mikayılovun, 10r1 sinif şagird Aytac Quliyevanın, 10r4 sinif şagirdi Zəhra Cabbarovanın və 11a1 sinif şagirdi Nicat Aslanovun ailələri iştirak etdilər.
Tədbir işritakçıları  belə gözəl təşəbbüsə görə liseyin rəhbərliyinə, fiziki tərbiyə müəllimlərinə minnətdarlıqlarını bildirdilər.
Yarışın nəticələrinə görə Cabbarovlar ailəsi I yerə, Məcidovlar ailəsi II yerə, Aslanovlar ailəsi III yerə layiq görülərək diplomlarla təltif olundular.Tədbirin bütün iştirakçılarına xatirə hədiyyələri təqdim edildi və onlar təşəkkürnamələrlə təltif olundular.