Liseyimizdə təşkil edilən İnformatika həftəsinə yekun vurulub

10 İyun 2022

6-10 iyun tarixində liseyimizdə təşkil edilən "ZAHSFEST" adlı İKT həftəsinə yekun vurulub.
Bir-birindən maraqlı kateqoriyalar üzrə təşkil edilən yekun yarışa şagirdlər

  • 3D dizayn 
  • "Open projects"
  • Ən yaxşı təqdimat
  • Katapult yarışı 
  • Sumo yarışı
  • Proqramlaşdırma hakatonu
  • Breyn Rinq 

kateqoriyaları üzrə öz bilik və bacarıqları ilə rəng qatıblar. Komandaların hazırladığı layihələr 2 saat müddətində münsiflər heyəti tərəfindən qiymətləndirilib. Yekunda qalib şagirdlərə müxtəlif hədiyyələr və sertifikatlar təqdim olunub.

Bütün qaliblərimizi təbrik edirik!