Liseyimizin bir qrup müəllim və şagird heyəti Lənkəran rayonunun Gəgiran kənd orta məktəbinə səfər etdilər

26 Noyabr 2017

  26.11.2017 tarixdə Akademik Z.Əliyeva adına liseyin direktoru Mehriban xanım Vəliyeva, İKT üzrə direktor müavini Kərim Tahiroğlu, kimya müəllimi Məharət Qarayev və 9a4 sinfinin şagirdlərindən ibarət heyət Lənkəran rayonunun Gəgiran kənd orta məktəbinə səfər etdilər. 

  Səfərin məqsədi liseyimiz ilə ucqar kənd məktəbi arasında əməkdaşlıq əlaqələrinin qurulması idi. Nümayəndə heyətimiz Gəgiran kəndinə əliboş getmədilər. Ucqar dağ kəndinin məktəbinə proyektor, mikroskop və çox sayda kitab və dərs ləvazimatları hədiyyə olundu. Liseyimizin 9a4 sinfinin şagirdləri isə kiçik konsert proqramı ilə çıxış etdilər. 

  Daha sonra hər iki məktəbin direktoru, müəllimlər öz ürək sözlərini tədbir iştirakçılarına çatdırdılar. O da vurğulandı ki, Akademik Zərifə Əlyeva adına lisey ilə Lənkəran Gəgiran orta məktəbi bundan sonra da sıx əməkdaşlıq edəcəklər. Gələcəkdə internet vasitəsilə birgə video dərslərin keçirilməsi də nəzərdə tutulmuşdur.