Liseyimizin müəllim və şagird kollektivi Akademik Zərifə Əliyevanın məzarını ziyarət etdilər

27 Aprel 2019

   Aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirə günüdür. Bu münasibətlə 27.04.2018 tarixində liseyimizin müəllim və  şagird kollektivi hər il olduğu kimi bu il də, Akademik Zərifə Əliyevanın məzarını ziyarət ediblər. Kollektivimiz öncə Ümummilli Lider Heydər Əliyevin sonra akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət etdilər, əklil və tər güllər qoydular. Görkəmli şəxsiyyətlərin ruhuna dualar oxunduqdan sonra xatirə şəkilləri çəkildi. 

  Bundan başqa xatirə tədbirləri çərçivəsində liseydə böyük xeyriyyə yarmarkası təşkil edilmişdir. Xəbəri ətraflı olaraq buradan oxuya bilərsiniz.