Mən və mənim əhatəm

24 Oktyabr 2023

24 oktyabr 2023-cü il tarixində liseyin 8-ci ( 8a və 8r) siniflərində valideyn iclasları keçirilib. İclasda reproduktiv sağlamlıqla bağlı maarifləndirici söhbətlər aparılıb.
“Mən və mənim əhatəm” mövzusunda keçirilən seminar valideynlərdə böyük maraq oyadıb.  Valideynlərdən alınmış əks əlaqə göstərdi ki, övladlarının hansı mühitdə təhsil almaları, kimlərlə ünsiyyət qurmaları onları narahat edən ən vacib məsələdir.
İştirakçılar belə maarifləndirici görüşlərin keçirilməsinin müsbət əhəmiyyətini vurğulayıblar.