Müstəqil Azərbaycanın memarı

12 Dekabr 2023

12 dekabr 2023-cü il tarixində liseydə tarix müəllimləri  P.Ağalarov və R.Rizayevin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı” adlı konfrans keçirildi.                    

Tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Ümummilli lider Heydər Əlievin xatirəsi bir dəqiqiəlik sükutla yad edildi. Təbirdə açılış sözü ilə çıxış edən Rüfət Rizayev qeyd etdi ki, tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolundan, Vətən qarşısında xidmətlərindən və müstəqillik dövründə Azərbaycana layiqincə rəhbərlik etməsindən nə qədər danışsaq yenə də az olar.

Liseyin 10-cu sinif şagirdlərinin hazırladıqları Heydər Əliyevin daxili və xarici siyasətini özündə əks etdirən təqdimatlar maraqla dinlənildi. 

Sonda Pərviz Ağalarov çıxış edərək Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə uzaqgörən daxili və xarici siyasəti sayəsində ölkənin nüfuzunun artmasından, olkə daxilində aparılan islahatlar nəticəsində respublikamızın müxtəlif istiqamətlərdə inkişafına şərait yradılmasından danışdı. P.Ağalarov qeyd etdi ki, öz müdrikliyi ilə Azərbaycan tarixində dərin iz qoyan Heydər Əliyev Azərbaycan xalqının ən çətin anlarında hər zaman xalqının yanında olub, öz haqq səsini ucaldıb. Bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin təntənəsinə yönələn müqəddəs strateji ideyaları onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.