“Narkomaniya ümumbəşəri bəladır”

09 Dekabr 2022

09 dekabr tarixində liseyimizdə 10 və 11-ci sinif şagirdlərinin iştirakı ilə “Narkomaniya ümumbəşəri bəladır” adlı tədbir keçirildi. Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş həmvətənlərimizin ruhları 1 dəqiqəlik sükutla yad edildi. Yasamal rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlara Profilaktik İşin Təşkili Bölməsinin rəisi polis polkovnik-leytenantı Nəbi Nəcəfov və Yasamal rayon İcra Hakimiyyətinin Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Kommisiyanın katibi Rasim Əliyevin rəhbərliyi ilə baş tutmuş tədbirdə şagirdlərə narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən ətraflı danışıldı, bu istiqamətdə hüquq-mühafizə orqanlarının, o cümlədən polisin apardığı qətiyyətli mübarizə barədə məlumat verildi. Sonra lisey şagirdləri qonaqlara onları maraqlandıran suallarla müraciət etdi.