8-ci siniflər üçün 3-cü sınaq imtahanı keçiriləcək

22 Aprel 2024

Akademik Zərifə Əliyeva adına lisey 8-ci siniflər üçün 3-cü sınaq imtahanını elan edir.

5 may tarixində təşkil olunacaq imtahanda iştirak etmək üçün öncədən (şagirdin Utis kodunu təqdim etməklə) bilet əldə etmək lazımdır. Biletdə qeyd olunan vaxtda imatahan binasında olmağınız tövsiyə olunur.
Qeyd: İmtahana gələrkən bileti gətirməyi unutmayın!

Əlaqə üçün: 012 510 85 19 / 050 228 48 80 (Ülviyyə xanım)